SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda energetik içkilərin satışında məhdudiyyətlər gözlənilir

Azərbaycanda energetik içkilərin satışında məhdudiyyətlər gözlənilir

  • 21 aprel 2026, 18:01

Azərbaycanda energetik içkilərin satışında məhdudiyyətlərin qoyulması planlaşdırılır.

Ombudsman Aparatından Yurd.Media-ya bildirilib ki, son illər Azərbaycanda istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunmasının müşahidə olunur:

"İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub", - məlumatda deyilir.

Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulan inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsini təklif edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları