SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Araşdırma: Həddindən artıq duz qəbulu kişilərdə yaddaşı zəiflədir

Araşdırma: Həddindən artıq duz qəbulu kişilərdə yaddaşı zəiflədir

Avstraliyada həyata keçirilən elmi tədqiqat müəyyən edib ki, həddindən artıq duz istehlakı kişilərdə yaddaş funksiyalarının daha intensiv şəkildə zəifləməsinə yol açır.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçıların 1208 könüllünün iştirakı ilə altı il müddətində reallaşdırdığı araşdırmanın nəticələri göstərib ki, yüksək miqdarda duz istehlak edən kişilərdə yaddaş pozulmaları daha sürətlə inkişaf edir.

Tədqiqatın ən maraqlı nəticələrindən biri odur ki, qadınlarda belə bir əlaqə aşkar edilməyib. Bu fakt duzun yaddaş üzərindəki təsirinin məhz kişilərdə daha kəskin şəkildə özünü biruzə verdiyini sübut edir.

Mütəxəssislər qeyd edirlər ki, orqanizmə lazımından artıq natrium daxil olması beyində iltihabi reaksiyaları şiddətləndirə və damar sisteminə ciddi ziyan vura bilər. Bu proses isə beyinə qan təchizatını pisləşdirərək yaddaşla bağlı funksiyaların pozulmasına səbəb olur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları