SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Nigar Köçərli Liv Bona Dea klinikasında başına gətirilən tükürpədici məqamları açıqladı

Nigar Köçərli "Liv Bona Dea" klinikasında başına gətirilən tükürpədici məqamları açıqladı

  • 19 yanvar 2026, 10:12
Bakı

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Liv Bona Dea xəstəxanasında qarşılaşdığı problemləri açıqlayıb.

Yurd.Media xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, yanvarın 14-də səhər saat 7:00-da planlı açıq ginekoloji əməliyyat üçün xəstəxanaya qəbul olunub. Ödənişdən sonra, saat 7:30-da xəstəxana personalının tələbi ilə həyat yoldaşından (naşir Şahbaz Xuduoğlu) ayrılaraq əməliyyat üçün aparılıb.

Nigar Köçərlinin sözlərinə görə, əməliyyatdan ayıldıqdan sonra dözülməz ağrılar keçirib və dəfələrlə əlavə anesteziya üçün tibb personalına müraciət edib:

“Ağrının şiddətini 10 ballıq şkalada 10 olaraq qiymətləndirirdim. İki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, amma belə ağrı yaşamamışdım. Yalvarırdım ki, kömək etsinlər. Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur”.

Oyanandan sonra isə tibb personalının kobud davranışı ilə üzləşdiyini bildirən pasiyent, prosedurların əsəbi və sərt şəkildə icra edildiyini deyir:

Saat 15:00 radələrində palataya köçürüldükdən sonra həyat yoldaşı ilə görüşə bilib. Həmin vaxt məlum olub ki, əməliyyatın normalda 1–2 saat çəkməli olduğu halda 6 saat davam etməsinin səbəbi barədə ailəyə heç bir izahat verilməyib. Nİgar Köçərli sonradan əməliyyatın ginekoloji deyil, kardioloji şöbədə aparıldığını öyrəndiklərini bildirir. Səbəb kimi isə xəstəxanada yer olmaması göstərilib.

Şikayət edildikdən sonra xəstəxananın bir neçə nümayəndəsinin ailə ilə əlaqə saxladığı, o cümlədən türkiyəli nümayəndənin kamera görüntülərinin araşdırılacağı və nəticə barədə məlumat veriləcəyi bildirilib. Lakin pasiyentin sözlərinə görə, üç gün ərzində bu barədə heç bir rəsmi cavab təqdim olunmayıb.

Nigar Köçərli qeyd edir ki, xəstəxanadan çıxarkən üzərində epidural anesteziyadan sonra çıxarılmalı olan şlanq və yara sarğılarının hələ də qaldığı aşkarlanıb:

"Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxardtdılar. 
Xəstəxanadan evə qayıdandan sonra tanış tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsindən daha ağır bir əziyyət çəkirəm".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları