SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Hansı bitki çayları hansı xəstəliklərə fayda verir?

Hansı bitki çayları hansı xəstəliklərə fayda verir?

  • 01 oktyabr 2026, 08:24

Bitki çaylarının insan sağlamlığına müsbət təsiri çoxdan elmi şəkildə təsdiqlənib və bu səbəbdən hər kəs onlardan bəhrələnməyə can atır. Müxtəlif bitkilərdən hazırlanmış çayların qəbulu immun sistemini möhkəmləndirir, artıq kilolardan qoruyur, həmçinin müəyyən ağrıların azalmasına yardımçı olur.

Yurd.Media bitki çaylarının əsas xassələrini nəzərinizə çatdırır:

Lavanda

Lavanda çayı psixoloji narahatlıqlara əhəmiyyətli dərəcədə təsir göstərir. Gərginlik, həyəcan və depressiv əhval-ruhiyyəni azaltmağa kömək edir, ağız boşluğundan gələn naxoş qoxuları aradan qaldırır. Astma xəstəliyinə qarşı müsbət effekti olan lavanda çayı həmçinin qızdırmanı salan xüsusiyyətə sahibdir.

Gicitkən

Metabolizmi sürətləndirmə qabiliyyətinə malikdir, böyrək problemləri zamanı faydalı təsir göstərir.

Pişikotu

Bu çay sakitləşdirici təsiri ilə yanaşı yuxusuzluq probleminin həllinə də yardım edir. Pişikotu kökünü qaynar suda 20 dəqiqə dəmləyib qəbul etdikdə gərginlik və əzələ ağrılarına müsbət təsir göstərir.

Razyana

Mədə və bağırsaq problemləri zamanı faydalı hesab edilir.

Nanə

Ürək sancıları, revmatizm, böyrək, vəba və başqa xəstəliklərin müalicəsində effektivdir. Nanədən hazırlanan çay mədə turşuluğunun tənzimlənməsi və öd kisəsi ağrılarının qarşısının alınması məqsədilə istifadə olunur.

Limonotu

Limonotu çayı sakinləşdirici xassəyə malikdir. Bu çayın ilıq formada qəbul edilməsi tövsiyə olunur.

Cökə

Soyuqdəymə hallarında qəbul olunur, öskürəyin azaldılmasına kömək edir.

Böyürtkən

Böyürtkən çayı bir çox faydalı xüsusiyyətləri ilə seçilir. Onkoloji xəstəliklərdən qoruyucu təsir göstərir, ürək-damar sistemi üçün faydalıdır, varikoz müalicəsində tətbiq edilir, babasil xəstəliyinə müsbət təsir göstərir.

Çobanyastığı

Baş ağrılarının aradan qaldırılması üçün tətbiq olunur. Çobanyastığı çayının soyuq halda içilməsi məsləhət görülür.

Mixək

Həzm sisteminə müsbət təsir göstərir, diş ağrılarını yüngülləşdirmə xüsusiyyətinə malikdir.

Rozmarin (ətotu və ya çəmənotu)

Qan dövranının yaxşılaşdırılmasına güclü təsir edir, baş ağrılarının aradan qaldırılmasında səmərəli hesab olunur.

Skat.az - Ev və Avtomobil elanları