“TETRA Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, laboratoriya cihazlarının tədarükünü edən “TETRA Azerbaijan” tərəfindən 23,5 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb və ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, valyuta vəsaiti geri qaytarılmayıb.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə “TETRA Azerbaijan” barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 23,5 min ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 4700 ABŞ dolları cərimə olunub.
Qeyd edək ki, "TETRA Azerbaijan" Azərbaycanda analitik, laboratoriya, biotexnologiya və kimya-fizika cihazlarının tədarükü və quraşdırılması sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir. 1992-ci ildə təsis edilmiş şirkət, həmçinin laboratoriya avadanlıqları istehsalçısı olan "PerkinElmer" brendinin Azərbaycandakı tərəfdaşıdır.