SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Mingəçevirdə mağazalarda 7 növ saxta araq aşkarlandı

Mingəçevirdə mağazalarda 7 növ saxta araq aşkarlandı

  • 17 fevral 2026, 17:03
Mingəçevir

Mingəçevirdə mağazalarda satışa çıxarılan 7 növ saxta araq aşkarlandı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, bunlar Puşkin küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən qida məshullarının satışı mağazasında müəyyən edilib.

"Hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb".

Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Materialların hüquq mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları