SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Kefir yoxsa yaşıl çay həqiqətən arıqladır... Çox təəccüblənəcəksiniz

Kefir yoxsa yaşıl çay həqiqətən arıqladır... Çox təəccüblənəcəksiniz

Arıqlamaq istəyənlərin ən çox müraciət etdiyi təbii qidaların başında kefir və yaşıl çay gəlir. Kefir yoxsa yaşıl çay daha sürətli və sağlam çəki itirilməsinə səbəb olur?

Yurd.Media Türkiyə mətbuatında gedən araşdırmanı təqdim edir:

Ödemi atmaq, metabolizmanı sürətləndirmək və yağ yandırmaq baxımından baxın hansı daha effektivdir... Sağlam şəkildə arıqlamaq üçün pəhrizlə yanaşı yağ yandıran və metabolizmanı sürətləndirən içkilərə də üz tuturuq. Kefir və yaşıl çay da bunlar arasında yer alır. Bəs siz hansını istehlak edirsiniz?

Əslində müntəzəm istehlak edildikdə hər ikisi fayda verir. İki qida bir-birindən fərqli, lakin tamamlayıcı bir arıqlamaya kömək edir. Amma əsl yağ yandırma gücünün kimdə olduğunu öyrənəndə çox təəccüblənəcəksiniz. Ən çox araşdırılan təbii qidalar arasında yer alan kefir və yaşıl çay, metabolizmanı sürətləndirmə xüsusiyyəti ilə tanınır. Hansının daha effektiv olduğunu mütəxəssislər açıqladı.

ARIQLAMAQ PROSESİNƏ TÖHFƏ VERİR

Probiyotik baxımından zəngin olan kefir fermentləşdirilmiş süd məhsuludur. Tərkibindəki bakteriyalar bağırsaq sağlamlığını qoruyur, şişkinliyi aradan qaldırır və həzmi asanlaşdırır. Bu da arıqlama prosesinə töhfə verir. Həmçinin uzun müddət tox saxlayaraq aclıq böhranlarının qarşısını alır. Müntəzəm istehlak edildikdə isə qarın ətrafındakı yağları əridir.

GÜNDƏ 2 STƏKAN YAŞIL ÇAY YAĞLARI YANDIRIR

Yaşıl çay isə tərkibindəki kateşin və kafein sayəsində metabolizmi sürətləndirir. Müntəzəm içildikdə kalori yandırılmasını artırır. Termojenik təsiri səbəbindən yağ yandırılmasını sürətləndirir. Xüsusilə idmandan əvvəl yaşıl çay içmək enerji səviyyəsini yüksəldir. Ödemi azaldır, toksinləri bədəndən çıxarır. Mütəxəssislər də gündə 2 və ya 3 fincan yaşıl çay içilməsini tövsiyə edir. Həddindən artıq istehlakı isə ürək döyüntüsünə və mədə problemlərinə səbəb olur.

Prime Leasing