SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Hematologiya Mərkəzinin pasientləri: Burada gigiyenik qaydalarına riayət olunmur - VİDEO

Hematologiya Mərkəzinin pasientləri: "Burada gigiyenik qaydalarına riayət olunmur" - VİDEO

Bakı

Talassemiya xəstələri Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsindəki şəraitdən narazıdırlar.

Yurd.Media xəbər verir ki, bəzi xəstələr reaktivlərin köhnəliyindən, bəziləri dərmanların vaxtında verilməməsindən, bəziləri də tibb işçilərinin sanitar qaydaları gözləmədiyindən gileyləniblər:

"Bizi ən narahat edən məqam gigiyenik qaydalara riayət olunmamasıdır. İstifadə olunan filterlər, digər tibbi vasitələr köhnə olur. Üzərində tarixləri dəyişmiş bu vasitələri yeni kimi təqdim edirlər",- deyə xəstələr bildiriblər.

Bununla yanaşı, "Xəzər Xəbər"ə danışan şəxslərdən xəstəxanadakı şəraitdən razı qalanlar da var:

"Övladım burada əməliyyat olunub, vəziyyəti yaxşıdır. Əvvəllər qan tapmaq çətin idi, lakin hazırda vaxtı-vaxtında tapılır", - vətəndaşlar qeyd ediblər.

Daha ətraflı süjetdə:

Prime Leasing