SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“İstanbul Genetics Sabirabad” klinikası lisenziyadan kənar fəaliyyətə görə CƏRİMƏLƏNDİ

“İstanbul Genetics Sabirabad” klinikası lisenziyadan kənar fəaliyyətə görə CƏRİMƏLƏNDİ

  • 03 mart 2026, 14:21
Sabirabad

“İstanbul Genetics Sabirabad” Məhdud Məsuliyyətli Cəmiyyət cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən “İstanbul Genetics Sabirabad” klinikasında yoxlama aparılıb.

Klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar ginekoloji, terapevtik, rentgenoloji və digər fəaliyyət ilə, həmçinin sertifikatsız praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanıb.

Klinikanın barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib, iş baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən klinika 6 min manat cərimə edilib.

Xatırladaq ki, ötən ilin avqustunda da "İstanbul Genetics Klinika"nın Gəncə şəhərindəki bölməsi 20 min manat cərimələnmişdi. Buna səbəb klinikada əmək müqaviləsi bağlanmadan həkim mama-ginekoloqun işləməsi olmuşdu. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları