SÜJET
İİTKM-də qida təhlükəsizliyinin təmin edilməsinə dair dövlət proqramının icrası müzakirə edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının 2024-cü il üzrə ilkin monitorinq nəticələri ilə bağlı görüş keçirilib.
Bu barədə Yurd.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, Dövlət Proqramı çərçivəsində görülən işlər qida təhlükəsizliyinin təmin olunmasında, əhalinin sağlam qida məhsulları ilə təminatının artırılmasında, bu sahədə hüquqi və institusional islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynayır. O, proqramın prioritet istiqamətləri üzrə həyata keçirilən fəaliyyətlərin, o cümlədən qida təhlükəsizliyi nəzarət sistemlərinin təkmilləşdirilməsi, əhalinin maarifləndirilməsi, risk əsaslı idarəetmə, HACCP və s. kimi qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinin vacibliyini vurğulayıb.