SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Estetik mərkəzdə olunan boğazgərmə əməliyyatı fəsadlara səbəb oldu - VİDEO

Estetik mərkəzdə olunan boğazgərmə əməliyyatı fəsadlara səbəb oldu - VİDEO

  • 17 yanvar 2026, 09:26
Bakı

"Beauty Derm Estetik" mərkəzində əməliyyat edən qadının 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb.

Yurd.Media xəbər verir ki, 39 yaşlı Günel Cəfərova ilin iyununda Bakının 9-cu mikrorayon, Mircəlal küçəsində yerləşən bu mərkəzdə boğazgərmə əməliyyatı olunmaq üçün "TikTok"dan tapdığı "Plastik.estetika" səhifəsinə müraciət edib. Əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. 

Günel Cəfərova bildirib ki, şiddətli ağrıların səngimədiyini gördükdə, həkimə dəfələrlə zəng edib. Amma hər hansı bir tədbir görülməyib:

"Məndə çox böyük qüsur yaradıb. Sağ tərəfə ağzım əyilir, ağrılar verir. Hazırda mənim  boynumun hər iki tərəfində 11 sm kəsik var".

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib:

"Beauty Derm Estetik" Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla - xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları