Arterial hipertoniyanın aşkarlandığı və ən geniş şəkildə diaqnoz qoyulduğu dövr 40 yaşdan sonrakı mərhələdir.
Yurd.Media xəbər verir ki, kardioloq Denis Sokolov erkən yaşda hipertoniya riski yüksək olan şəxsləri müəyyənləşdirib.
"Yaxın qohumlarında irsiyyət yolu ilə hipertoniya mövcud olması təzyiq xəstəliyinin 40 yaşdan əvvəl də inkişaf etməsinə səbəb ola bilər.
Bundan başqa, az hərəkət edənlər, həddindən artıq duz istifadə edənlər, şəkərli məhsullara üstünlük verənlər, yağlı qidalarla qidaalananlar, həmçinin artıq çəkisi və piylənmə problemi olan şəxslər risk siyahısının başında gəlir.
Hipertoniya sadəcə olaraq təzyiqin yüksəlməsi demək deyil, bu olduqca ciddi bir xəstəlikdir.
Erkən mərhələdə diaqnostika və zərərli vərdişlərdən imtina etmək həyatı qorumağa kömək edir.
Profilaktik tədbirlər olaraq qida rasionunda sağlam məhsullar yer almalı, duzlu yeməklərin miqdarı azaldılmalı, kolbasa və konserv məhsulları məhdudlaşdırılmalı, gündəlik ən azı 7000 addım gəzmək tövsiyə olunur".