Enerji içkilərinin insan orqanizminə üç əsas istiqamət üzrə təhlükə yaratdığı müəyyənləşib.
Yurd.Media xəbər verir ki, tibb sahəsi üzrə aparılan araşdırmalar göstərir ki, bu içkilər ürək-damar və sinir sisteminə, həmçinin metabolizmə təsir edir, şəkərli diabet riskini artırır.
"Təəssüf ki, xoşagəlməz bir vəziyyət yaranıb: enerji içkiləri aktiv şəkildə reklamlaşdırılır və uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanır. Problem ondan ibarətdir ki, onlar nəzarətsiz şəkildə, böyük miqdarda qəbul edilə bilər, bu da əlbəttə ki, sağlamlığa, xüsusilə ürək və beyinə təsir göstərir. Yeniyetmələrdə ürək-damar sistemi hələ formalaşmayıb. Buna görə də onlar enerji içkilərinin qəbuluna anormal şəkildə kəskin reaksiya verə bilərlər, o cümlədən nəbzin artması və təzyiqin yüksəlməsi. Ürək-damar sistemi üçün belə təsir kifayət qədər ciddi ola bilər. Kofeinin baş beyinə təsirinə gəlincə, narahatlıq və yuxusuzluq yarana bilər", - deyə həkim-dietoloq Ginzburq izah edib.
Enerji içşkiləri xüsusilə yeniyetmələr digər intoksikasiya növlərinə də meyillidirsə (məsələn siqaret çəkməyə) daha təhlükəli olur. Belə hallarda risklər toplanır və təhlükə daha da ciddiləşir.
"Şəkərdən sui-istifadə ilə bağlı riskləri də nəzərdən keçirmək vacibdir. Enerji içkilərindən şəkər tez sorulur ki, bu da onun patogen təsirini daha da qabarıq edir", - həkim bildirib.
Bu risklərlə əlaqədar olaraq yaşlı insanlar, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, həmçinin diabetdən əziyyət çəkən insanlar belə içkilərdən imtina etməlidirlər. Onlar üçün enerji içkiləri xüsusilə zərərli ola bilər.
"Ürəklə bağlı problemləri olan insanlarda enerji içkisi ürəyin işini gücləndirərək nəbzi və təzyiqi artırır. Damar sistemi həmişə ürək əzələsinin qidalanmasının adekvat artımını təmin etmir və kofein tərkibli içkilərdən sui-istifadə fonunda problemlər yarana bilər. Məsələn, işemik ürək xəstəliyi kəskinləşə və ya infarkt baş verə bilər. Xüsusilə enerji içkilərini alkoqolla birləşdirmək təhlükəlidir ki, bu da tez-tez baş verir. Enerji içkiləri alkoqolun sorulmasını artırır, bu da zəhərlənməyə səbəb ola bilər. Bundan əlavə, belə qarışıq ürəyə və digər orqanlara ikiqat zərər verir", - Ginzburq hesab edir.