SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Enerji içkiləri bəzi ölkələrdə niyə qadağan edilir? - SƏBƏBLƏR

Enerji içkiləri bəzi ölkələrdə niyə qadağan edilir? - SƏBƏBLƏR

  • 07 oktyabr 2025, 08:40

Enerji içkilərinin populyarlığı artmaqda davam edir, baxmayaraq ki, dünyada mütəmadi olaraq onların qurbanları haqqında məlumatlar yayılır. Bəzi insanların idman zalında ürəyi dayanır, digərləri yuxusuzluq və həyəcandan əziyyət çəkir, üçüncülərdə isə sadəcə zəhərlənmə müşahidə olunur.

Yurd.Media xəbər verir ki, bir sıra ölkələrdə bu ildən məhdudiyyətlər tətbiq edilməyə başlayıb. Fransa, Danimarka və Norveç kimi ölkələrdə isə onlar yalnız apteklərdə satılır.

Enerji içkilərinin niyə qadağan edilir?

Enerji içkiləri insanlara enerji verən və iş qabiliyyətini artıran içkilərdir. Onların tərkibində mütləq kofein olur, orta hesabla 100 ml-də təxminən 25-40 mq kofein. Həkim-dietoloqlar vurğulayır ki, bu, bir fincan espressoya bərabərdir:

"Enerji içkiləri tərkibində kofein olan yeganə içkilər deyil, lakin onlarda bu maddə qazlar səbəbindən yüksək aktivliyə malikdir. Məsələ burasındadır ki, qazlı içkilərdən spirt, kofein və şəkər kimi aktiv maddələr orqanizm tərəfindən daha sürətlə sorulur. Buna görə də onlardan alınan kofein dozası öz funksiyasını daha tez yerinə yetirir".

Enerji içkisinin daha bir komponenti şəkərdir. O da stimulyator rolunu oynayır və orada kifayət qədər çoxdur.

Üç yüz qramlıq bir qutu enerji içkisinə təxminən beş-altı qaşıq şəkər düşür - bu çox böyük dozadır. Bu, yetkin insan, xüsusilə də yeniyetmə üçün gündəlik şəkər normasını aşır. Şübhəsiz ki, bu zərərlidir. Xüsusilə də şəkərli diabeti olan insanlar üçün.

Bundan əlavə, L-karnitin və taurin amin turşuları da enerji təsiri göstərir. Birincisi enerji mübadiləsində iştirak edir və yağ turşularını hüceyrələrin mitoxondriyalarına nəql edir ki, onlar enerji əldə etmək üçün yana bilsinlər. Buna görə də onu tez-tez idmançılar qəbul edirlər. Taurin də hüceyrələrin enerji mübadiləsində iştirak edir və dözümlülüyü artıra bilər. Bundan əlavə, enerji içkilərinə sinir sisteminin düzgün işləməsi üçün lazım olan B qrupu vitaminləri, eləcə də guarana və ya jenşen ekstraktı kimi canlandırıcı maddələr əlavə edilir.

Prime Leasing