SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
El-Seym İnşaat Cəbrayılda xəstəxana tikintisini 10 milyon manata davam etdirəcək

"El-Seym İnşaat" Cəbrayılda xəstəxana tikintisini 10 milyon manata davam etdirəcək

  • 25 avqust 2026, 20:37
Cəbrayıl

"El-Seym İnşaat" şirkəti Cəbrayılda xəstəxananın tikintisini 10 milyon manata davam etdirəcək. 

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 2-ci mərhələsi üzrə tikintisinin davamı aparılacaq.

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.

Belə ki, qurum tikinti işlərini "El-Seym İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözügedən işlərin icrasına 9 889 264 manat vəsait sərf olunacaq.

Xatırladaq ki, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməli 2021-ci ildə qoyulub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları