SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Diş daşlarının yaranma səbəbləri və mübarizə yolları – Mütəxəssis tövsiyələri

Diş daşlarının yaranma səbəbləri və mübarizə yolları – Mütəxəssis tövsiyələri

  • 28 iyul 2026, 23:05

Diş fırçası və diş məcunu hər bir xəstəyə fərdi qaydada mütəxəssis tərəfindən seçilməlidir.

Yurd.Media xəbər verir ki, stomatoloqlar bunu onunla əsaslandırırlar ki, hər insanın diş quruluşu və diş əti strukturu fərqlidir. Buna görə də bu məhsulların həkim məsləhəti ilə müəyyənləşdirilməsi tövsiyə edilir. Lakin insanlar əksər hallarda mağaza və satış nöqtələrindən fırça və diş məcununu müstəqil şəkildə, xarici görünüşünə görə seçirlər.

"Bəzi xəstələrdə dişin emalı normal və qalın olur, digərlərində isə həssas, nazik və zədələnmiş olur. Diqqət yetirsəniz, istehsalçılar diş fırçalarını 3 fərqli növdə bazara çıxarır: yumşaq, orta və sərt. Misal üçün, sərt fırça ilə təmizlədikdə diş əti geriləyə bilər, emal qatında aşınma prosesi baş verə bilər. Ancaq bəzi xəstələrə əksinə daha sərt fırça tələb olunur ki, diş daşları toplanmasın", - stomatoloqlar bildirir.

Diş daşlarının toplanmasını ən çox aşağı ön dişlərdə görünür. Bunun nəticəsi olaraq diş əti xəstəlikləri inkişaf edir. Diş əti xəstəlikləri arasında ilk sırada gingivit daha geniş yayılıb.

Məhz bu xəstəlik diş ətində diş daşlarının toplanması nəticəsində ortaya çıxır. Belə halda diş əti qızarır, şişir və toxunduqda qanama müşahidə olunur. Xəstələrin ən tez-tez gətirdiyi şikayətlərdən biri fırçalama prosesində dişlərin qanamasıdır.

Müayinə zamanı diş daşları aşkar edilərsə, onların mütəxəssis tərəfindən təmizlənməsi zəruridir. Pasiyentin bunu müstəqil şəkildə aradan qaldırması qeyri-mümkündür. Çünki diş daşları bərk olur. Nə qədər sərt fırça istifadə edilsə belə, onların təmizlənməsi çətindir. Ağız gigiyenası baxımından diş məcununun seçimi də böyük əhəmiyyət daşıyır. Bəzi diş məcunlarının tərkibində mina aşındırıcı komponentlər mövcuddur ki, bunlar diş daşlarının əmələ gəlməsinin qarşısını alır. Yenə də, şübhəsiz ki, ağız boşluğu həkim tərəfindən müayinə olunmalıdır. Ağız boşluğunda diş daşlarının formalaşması maddələr mübadiləsi və ya başqa amillərdən qaynaqlanırsa, həkimin aşındırıcı tərkibli ağardıcı məcun təyin etməsi daha məqsədəuyğundur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları