SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bu iki ölkədən Azərbaycana ət məhsulu GƏTİRMƏK OLMAZ

Bu iki ölkədən Azərbaycana ət məhsulu GƏTİRMƏK OLMAZ

  • 06 yanvar 2026, 10:55

Daha iki ölkədən Azərbaycana ət məhsullarının idxalı qadağan olundu.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları