SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Zəhərlənmədən ölüm hallarının əsas səbəbləri AÇIQLANDI

Zəhərlənmədən ölüm hallarının əsas səbəbləri AÇIQLANDI

  • 02 mart 2026, 10:44

Dərman, spirtli içki və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət ötən ay zəhərlənmədən baş verən ölüm hallarının əsas səbəbləri olub.  

Azərbaycanda fevral ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

KTM-dən bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 33 nəfər dərman preparatlarından, dörd nəfər siçan dərmanından (rodentisid), 23 nəfər sirkə turşusundan, bir nəfər həlledici məhlullardan, üç nəfər yandırıcı məhlullardan, dörd nəfər allergik reaksiyalardan, üç nəfər spirtli içkidən, 15 nəfər dəm qazından, bir nəfər anafilaktik şokdan, bir nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, altı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları