SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramazan ayında susuzluqdan əziyyət çəkməmək üçün NƏ EDƏK?

Ramazan ayında susuzluqdan əziyyət çəkməmək üçün NƏ EDƏK?

  • 04 mart 2026, 09:07

Bədənin təxminən dörddə üçünü təşkil edən su həm ümumi bədən sağlamlığı, həm də maddələr mübadiləsinin işlənməsi baxımından vacib amillərdən biridir. Ramazan ayında oruc tutan insanlarda orqanizmin suya olan ehtiyacının ödənilməsi daha da önəm kəsb edir. Susuzluq zamanı yarana biləcək bir çox sağlamlıq probleminin qarşısını almaq üçün Ramazan ayında iftardan başlayaraq sahura kimi ən azından 2,5 litr su içmək məsləhət görülür. Ramazan ayında susuzluqdan əziyyət çəkməmək üçün nələr etməliyik?

Yurd.Media xəbər verir ki, mütəxəssislər Ramazan ayında oruc tutan insanların qidalanma rejimi adi günlərdən fərqləndiyini qeyd edir:

"İmsak və iftar zamanı tərkibində maye olan qidaların qəbuluna daha çox üstünlük verməliyik. Susuzluqdan əziyyət çəkməmək üçün imsak zamanı mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərin və qızartmaların tərkibində müxtəlif ədviyyatlar, souslar olduğu üçün həmin qidaların imsak süfrəsində yer alması tövsiyə olunmur. Həmçinin imsakda şirniyyatların qəbuluna da nəzarət etmək lazımdır".

İftar ilə imsak arasında bol miqdarda su içilməsi tövsiyə olunur. Tünd qara çay və kofein tərkibli içkilərin içilməsi isə məsləhət görülmür.

"Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsulların qəbulu daha məqsədə uyğundur. Gün ərzində orqanizmin ehtiyac duyduğu su qəbulunun təxminən 1-2 litr olduğunu nəzərə alaraq maye qəbuluna xüsusi diqqət yetirməliyik. Qəbul edilən su miqdarı iftar və imsak arasında bərabər şəkildə paylanmalıdır",- deyə mütəxəssislər bildirir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları