"Hesabat" MMC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki "Azərtibbtəchizat" MMC-nin 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan edilmiş kotirovka sorğusunu qalibi olub.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Məlumata əsasən, tərəflər arasında 1 000 manatlıq satınalma müqaviləsi imzalanıb. Ötən il "Azərtibbtəchizat" maliyyə hesabatlarını "Abacus Audit And Consulting" MMC yoxlayaraq bunun üçün 3 370 manat xidmət haqqı alıb.