SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Səhiyyə Nazirliyi Zeytun Pharmaceuticalsda qanun pozuntusu aşkarladı

Səhiyyə Nazirliyi "Zeytun Pharmaceuticals"da qanun pozuntusu aşkarladı

  • 02 sentyabr 2026, 09:22

"Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus aptekdə qanun pozuntusu aşkarlanıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən cəmiyyətə məxsus Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 48 A ünvanında yerləşən əczaçılıq təşkilatında plandankənar yoxlama keçirilib. 

Yoxlama zamanı aptekdə resept əsasında buraxılan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilib.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə "Zeytun Pharmaceuticals" 150 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, ötən ay da "Zeytun Aptek"in işçisinin qohumuna məxsus olan dərmanı satması faktı aşkarlanmışdı. Belə ki, "Selsept 500 mq №50 tablet" həmin aptekdə Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətdən xeyli ucuz satıldığı müəyyən olunmuşdu. Həmin pozuntularla əlaqədar da İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdu.

"Zeytun Pharmaceuticals" MMC-nin sahibi Bəhruz Şirəliyevdir. 12 ildir fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı hazırda 4000 manatdır, 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları