SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Heyvan mənşəli zülallar xərçəngə qarşı qoruyucu ola bilər – ARAŞDIRMA

Heyvan mənşəli zülallar xərçəngə qarşı qoruyucu ola bilər – ARAŞDIRMA

  • 02 sentyabr 2026, 08:09

Heyvan mənşəli zülallar ehtiva edən ərzaq məhsullarının qəbulu ölüm riskinin yüksəlməsi ilə bağlı deyil və hətta xərçəng xəstəliyinə qarşı müdafiə xassələri göstərə bilər.

Yurd.Media xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma çərçivəsində 19 yaş və ondan yuxarı olan təqribən 16 min nəfərin göstəriciləri nəzərdən keçirilib.

Mütəxəssislər iştirakçıların qida rejimində heyvan və bitki mənşəli zülalların həcmini, eləcə də bunun ürək-damar xəstəlikləri və ya xərçəng riski ilə bağlılığını öyrəniblər.

Nəticələr göstərib ki, daha çox ət məhsulları qəbul edən şəxslər arasında xərçəng səbəbli ölüm halları əhəmiyyətli dərəcədə aşağı olub. "Bu tipli müşahidələr və klinik sınaqlardan əldə olunan nəticələri hesaba alsaq, həm heyvan, həm də bitki mənşəli zülal tərkibli məhsulların sağlamlığa müsbət təsir göstərdiyi və uzunömürlülüyə töhfə verdiyi aydınlaşır", – deyə tədqiqatda qeyd edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları