SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Populyar ağrıkəsicinin ürəyə zərəri müəyyənləşdi

Populyar ağrıkəsicinin ürəyə zərəri müəyyənləşdi

  • 01 sentyabr 2026, 08:17

Geniş istifadə olunan ağrıkəsicilərdən birinin sağlamlıq üçün zərərli olduğu ortaya çıxıb.

Yurd.Media xəbər verir ki, bu barədə kardioloq Aurelio Rojas məlumat verib.

O, ibuprofenin ürək sağlamlığına mənfi təsir göstərə biləcəyini açıqlayıb. Mütəxəssisin fikrincə, xüsusilə uzun müddət ərzində yüksək dozada istifadə edildikdə və ya orqanizmin həssaslığı olduqda, bu preparat ürək üçün ciddi risk yarada bilər.

Rojas bildirib ki, bəzi hallarda ibuprofenə alternativ tapmaq mümkün olmur, lakin belə vəziyyətlərdə mütləq müəyyən təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Preparatı qəbul edən zaman qan təzyiqinə nəzarət etmək böyük əhəmiyyət daşıyır, belə ki, ibuprofen təzyiqi artıra bilər. Bundan başqa, orqanizmdə maye tarazlığının qorunması böyrəklərin mühafizəsinə və qan təzyiqinin qəfil yüksəlməsinin qarşısının alınmasına yardım edir.

Kardioloq həmçinin preparatın yeməkdən sonra qəbul edilməsini, spirtli içkilərdən uzaq durulmasını və gərgin fiziki yükdən qaçınılmasını məsləhət görüb. "İbuprofen nə qədər qısa müddətə və aşağı dozada istifadə edilərsə, ürək üçün bir o qədər təhlükəsiz hesab olunur," – deyə Rojas xüsusi olaraq vurğulayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları