SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Çörək sexində natəmizlik tüğyan edir - FOTO

Çörək sexində natəmizlik tüğyan edir - FOTO

  • 09 yanvar 2026, 13:32

İmişli rayonunda çörək sexində natəmizliyin tüğyan etməsi aşkarlandı. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən çörək emalı müəssisəsində qurumun əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.

Şirinov Fuad Həmid oğluna məxsus müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.

Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları