SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Çay dəmləməyin düzgün üsulu – hansı qaydalara əməl etmək lazımdır?

Çay dəmləməyin düzgün üsulu – hansı qaydalara əməl etmək lazımdır?

  • 27 iyul 2026, 00:31

Çay son dərəcə faydalı müalicəvi xassəyə malik içkidir – ürək-damar xəstəlikləri və xərçəng riskini azaldır, beyin fəaliyyətinə pozitiv təsir göstərir, insanı daha enerjili edir və əmək qabiliyyətini yüksəldir. Ancaq bu faydalı xüsusiyyətlərdən bəhrələnmək üçün çayın düzgün qaydada dəmlənməsi və içilməsi vacibdir.

Yurd.Media xəbər verir ki, çayın dəmlənməsi üçün şüşə, saxsı və ya çini dəm çaydanından istifadə olunmalıdır. Dəmir çaydanlarda çay dəmləmək məsləhət görülmür.

Suyu dəmir çaydanda səthinə çoxsaylı ağ qovuqcuqlar çıxanadək qaynatmaq lazımdır. Su həddindən artıq qaynadıldıqda çayın dadı itir. Çay hazırlayarkən dəfələrlə qaynadılmış sudan istifadə etmək tövsiyə olunmur.

Boş dəm çaydanını 3-4 dəfə qaynar su ilə yaxalayın. Ardınca dəm çaydanına hər stəkan üçün bir çay qaşığı həcmində quru çay yarpağı əlavə edin və yarısınadək qaynar su tökün. Çaydanın ağzını qapaqla bağlayıb üstünü dəsmal ilə örtün. Çay dəmlənərkən dəm çaydanını qaz üzərinə qoymaq olmaz.

Çay 5-7 dəqiqə müddətində dəmləndikdən sonra çaydana sonunadək qaynar su əlavə edin. Əgər çayın səthində köpük yaranıbsa, bu, onun doğru qaydada dəmləndiyinin göstəricisidir.

Çayı yalnız təzə vəziyyətdə, dəmləndikdən sonra 1 saat ərzində qəbul etmək məqsədəuyğundur. Bu müddətdən sonra çayın faydalı xassələri sürətlə azalmağa başlayır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları