SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bu uşaq yeməklərində təhlükəli bakterial toksinlər AŞKARLANDI - FOTO

Bu uşaq yeməklərində təhlükəli bakterial toksinlər AŞKARLANDI - FOTO

  • 22 yanvar 2026, 17:52

Ölkəyə gətirilən uşaq yeməklərinin bir partiyasında təhlükəli bakterial toksinlər aşkarlandı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasının 09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli məhsul partiyasında "Sereulid" çirkləndiricisi aşkarlanıb.

Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Qeyd edək ki, "Sereulid" düzgün saxlanmayan qidalarda yaranan, istiliyə davamlı və sağlamlıq üçün təhlükəli bakterial toksindir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları