SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bu əməliyyatlar artıq ölkənin bölgələrində həyata keçiriləcək - SİYAHI

Bu əməliyyatlar artıq ölkənin bölgələrində həyata keçiriləcək - SİYAHI

Azərbaycanın bölgələrində bir sıra əməliyyatların həyata keçirilməsi üçün yeni şöbələr yaradılıb.

Yurd.Media xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, müxtəlif regionlardakı tibb müəssisələrində bir sıra yeni əməliyyat və prosedurların icrasına start verilib:

- Klinik Tibbi Mərkəz və Hacıqabul RMX – oftalmoloji əməliyyatlar;

- Sabirabad, Qobustan, Astara RMX və Pirallahı TM – avastin inyeksiyası

- Salyan RMX – uroloji əməliyyatlar

- Qəbələ RMX – damar cərrahiyyəsi əməliyyatları. Həmçinin Travmatoloji Mərkəz yaradılıb.

Eyni zamanda, Klinik Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt TM-də endoprotez əməliyyatları, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO üsulu ilə korreksiyası və linza implantasiyası, Cəlilabad RMX-də isə beyin damarlarının angioqrafiyası icra olunmağa başlanılıb.

Bundan əlavə, Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Uşaq Kliniki Xəstəxanasında yenidoğulmuşların patologiyası və reanimasiyası şöbələri istifadəyə verilib.

Sabunçu Tibb Mərkəzində isə üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb.

Prime Leasing
SPE Annual Caspian