İngiltərədə həyata keçirilən bir tədqiqata əsasən, "Flaminqo" adlanan testdən uğurla keçə bilməyən insanlarda erkən ölüm riski daha yüksəkdir.
Yurd.Media xəbər verir ki, "Flaminqo" testi 10 saniyə müddətində tək ayaq üstündə tarazlığı saxlayaraq dayanmağı nəzərdə tutur.
Araşdırmanın nəticələrinə əsasən, bu sınağı yerinə yetirə bilməyən şəxslərdə erkən ölüm ehtimalı artır.
Ürək xəstəlikləri və infarkt riski
Mütəxəssislər qeyd edirlər ki, bu testi keçə bilməyən insanlarda infarkt, insult, şəkərli diabet və yüksək təzyiq kimi ciddi xəstəliklərə yoluxma ehtimalı xeyli yüksəkdir.
Sınaqdan keçə bilməyənlər nə etməli?
Tədqiqatçılar testi uğurla başa vura bilməyən şəxslər üçün konkret tövsiyələr də irəli sürüblər. Sınaqdan keçməyən insanlara daha çox tarazlıq məşqləri ilə məşğul olmaq və müntəzəm gəzintilər etmək məsləhət görülüb.