SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bəzi apteklər 24 saat elanı vurub gecələr niyə işləmir? - VİDEO

Bəzi apteklər "24 saat" elanı vurub gecələr niyə işləmir? - VİDEO

Paytaxtın müxtəlif bölgələrində 24 saat fəaliyyət göstərməsi nəzərdə tutulan apteklər işləmir.

Yurd.Media xəbər verir ki, aptekin 24 saat fəaliyyət göstərməsi yalnız şərtidir.

"AZTV Xəbər"- ə danışan vətəndaşlar bildiriblər ki, gecə saatlarında dərman əldə edə bilmirlər:

"Bu yaxınlarda aptekə yaxınlaşmışam, 24 saat yazılmağına baxmayaraq, orada heç kimi tapa bilməmişəm. İşıqları söndürüb, gediblər".

Expertlər bu cür halların ciddi narahatlıq doğurduğunu bildiriblər.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Müfəttişi Elvin Nağıyev bildirib ki, apteklərin bəziləri 24 saat fəaliyyət göstərirlər və bu şəxsi seçimdir:

"Müvafiq qaydalara uyğun olaraq,  aptek 24 saat fəaliyyət göstərirsə, tanıtma lövhəsi üzərində bildiriş edilməlidir. Müəyyən səbəblərə görə fəaliyyət göstərmirsə, bununla bağlı vətəndaşlara məlumat verilməlidir".

Prime Leasing