SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycanda hər 7 aptekdən birində nöqsanlar üzə çıxdı

Azərbaycanda hər 7 aptekdən birində nöqsanlar üzə çıxdı

  • 02 iyul 2026, 17:43

Azərbaycanda hər 7 aptekdən birində nöqsanlar üzə çıxdı.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Yurd.Media-ya bildirilib ki, iyun ayında ümumilikdə 56 planlı və 12 plandankənar olmaqla 68 aptekdə yoxlama aparılıb.

Yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 56-sı planlı, 12-si isə plandankənar olub.

Yoxlamaların nəticələrinə əsasən, 10 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı saxlanma şəraitinin tələblərinə əməl edilmədiyinə görə 11 adda, ümumilikdə 38 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.

Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə 1, 452.3-cü maddəsi üzrə isə 9 inzibati protokol tərtib olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları