SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycandakı Barilla makaronları YARARSIZDIR?

Azərbaycandakı "Barilla" makaronları YARARSIZDIR?

  • 09 iyun 2025, 10:53

Qida Təhlükəsizliyi Agentliyi "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumdan Yurd.Media-ya bildirilib ki, bəzi xəbər saytlarında "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Rigate" tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

"AQTA bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb. Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır", - deyə məlumatda qeyd edilib.

Prime Leasing