Dişləri davamlı sıxmaq boyun əzələlərinin gərginliyinə, baş ağrılarına və qamətin pozulmasına səbəb ola bilər.
Yurd.Media xəbər verir ki, mütəxəssislər stress və yuxu problemi səbəbindən edilən dış sıxılmasının bu və digər problemlərə yol açdığını bildirirlər.
Fizioterapevtlər bunun həll yolunun stomatologiya və fizioterapiyanın birgə fəaliyyətində olduğunu vurğulayırlar:
"Gündəlik stress, yuxu problemləri və narahatlıq kimi amillər səbəbiylə bir çox insan şüursuz olaraq dişlərini sıxır. Ancaq bu ümumi vərdiş təkcə çənə sağlamlığına deyil, həm də boyun və çiyin nahiyəsinə mənfi təsir göstərir".
Qeyd edək ki, hər iki sahə üzrə problemin həlli yolunu araşdırmaq sağlamlıq baxımından düzgündür.