SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakının mərkəzi poliklinikasında uşaq üçün vacib müayinə mümkünsüzə çevrilib - VİDEO

Bakının mərkəzi poliklinikasında uşaq üçün vacib müayinə mümkünsüzə çevrilib - VİDEO

  • 21 oktyabr 2025, 11:52
Bakı

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində istər müayinələr üçün poliklinikaya müraciət etməli olan, istərsə də uşağı qəfil xəsarət alan valideyn məcbur olur ya daha uzaq məsafəyə yollansın, ya da özəl xəstəxanaya üz tutsunlar.

Yurd.Media xəbər verir ki, qəsəbədəki 15 saylı uşaq poliklinikasında rentgen aparatı işləmir.

Vətəndaşlar "Xəzər Xəbər"ə bildiriblər ki, uşaq poliklinikasında bu vəziyyət uzun müddətdir davam edir.

Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 15 nömrəli uşaq poliklinikasında fəaliyyət göstərən rentgen avadanlıqlarının yenilənməsi istiqamətində işlər sürətləndirilib. Sözügedən tibb müəssisəsi yaxın günlərdə yeni rentgen və digər tibbi avadanlıqlarla tam təchiz ediləcək. O da qeyd edildi ki, vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin olunması və tibbi xidmətlərin gecikməməsi üçün vətəndaşlar müvəqqəti olaraq qeyd edilən müayinələr üçün yaxınlıqda olan digər ilkin səhiyyə xidməti müəssisələrinə yönləndirilirlər.

Prime Leasing