SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Sarımsağın faydaları və təhlükələri

Sarımsağın faydaları və təhlükələri

Alternativ təbabətdə əsrlər boyu istifadə edilən sarımsaq, immuniteti gücləndirən və antibakterial xüsusiyyətləri ilə tanınan təbii bir vasitədir.

Yurd.Media xəbər verir ki, sarımsaq xüsusilə burun tutulması və sinüzitdən əziyyət çəkənlərin sevimlisinə çevrilib.

Burun tutulması  və sinus keçidlərini açmaq üçün əzilmiş və ya dilimlənmiş sarımsağı bir müddət burun kənarına sürtmək məsləhət görülür.

Sarımsaq təbii antibakterial xüsusiyyətləri sayəsində burundakı iltihabı da azaltmağa kömək edir.  Xroniki sinuzitdən əziyyət çəkən insanlarda tənəffüsü yaxşılaşdırdığı bildirilib.

Sarımsaq birbaşa buruna daxil edilməməlidir. Bunun əvəzinə bir diş sarımsaq yarıya bölünməli, şirəsi burun kənarına yumşaq bir şəkildə çəkilməli və 10-15 dəqiqə qalmalıdır. Sonra  isti su ilə təmizlənməlidir. Bu üsul həm tıxanıqlığı azaldır, həm də burun ətrafındakı qan damarlarını açmağa kömək edir.

Qeyd edək ki, sarımsaq uzun müddət tətbiq edilməməlidir, çünki dərinin qıcıqlanmasına səbəb ola bilər. Bundan əlavə, ciddi və ya xroniki tənəffüs xəstəlikləri olanlar həkim tövsiyələrinə əməl etməlidirlər.

Prime Leasing