SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
AQTA vətəndaşları qarpız alarkən diqqətli olmağa çağırır - VİDEO

AQTA vətəndaşları qarpız alarkən diqqətli olmağa çağırır - VİDEO

Fermerlər qarpızların yetişdirilməsinin 3 üsulla aparıldığını bildiriblər.

Yurd.Media xəbər verir ki, bu üsullar fevral, mart və aprel ayında həyata keçirilməlidir. Düzgün vaxtda qarpızın alınması insanların sağlamlığı üçün önəmlidir.13 ildir paytaxtda qarpız satışı ilə məşğul olan Zaur Musayev iyunda yetişən qarpızları daha təhlükəsiz hesab edir. "Qarpızlara yaxşı təlabat var, kol qarpızdır. Hələ heç kimin şikayəti olmayıb".

Alıcılar qarpız və qovunu mövsümdən öncə almağı təhlükə hesab etmirlər. Erkən istifadə zəhərlənmə hallarına səbəb olur. Bununla bağlı  həkim-terapevt Zakir Quliyev bildirib. "Xərçəng riski yüksəkdir və ümumiyyətlə zəhərlənmə halları müşahidə olunur. Qandakı oksigenin qarşısı alınır və bu vəziyyəti çətinləşdirir".

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi alıcılara diqqətli olmağı tövsiyə edir.

Prime Leasing