2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə əlillik təyin edilib.
Bu barədə Yurd.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib:
Onlardan 16,2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.