SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Apteklərdən böyük tələbat olan bu ucuz dərman yoxa çıxıb - AEM-dən AÇIQLAMA

Apteklərdən böyük tələbat olan bu ucuz dərman yoxa çıxıb - AEM-dən AÇIQLAMA

Bakıda insanların böyük tələbatı olan "Kalsium qlükonat" dərmanının tablet formasını apteklərdə yığışdırılıb.

Yurd.Media-nın apardığı araşdırma zamanı məlum olub ki, “Zəfəran”, “Buta”, “Aloe+” kimi iri apteklər şəbəkəsində, eləcə də bir sıra kiçik apteklərdə "Kalsium qlükonat"ın tablet formasına rast gəlmək mümkün deyil. Əczaçıların əksəriyyəti preparatın uzun müddətdir apteklərə gəlməməsinin səbəbini depolarda olmaması ilə əlaqəli olduğunu bildiriblər.

Bununla belə, həmin dərmanın ampula formasını əksər apteklərdə tapmaq mümkündür. Tablet formasının stokda olduğu bəzi apteklərdə isə satışa məhdudiyyət qoyulduğu, bir müştəriyə iki listdən artıq verilmədiyi bildirilir.

Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzindən Yurd.Media-ya bildirilib ki, “Kalsium qlükonat 500 mq” tablet Azərbaycanda dövlət qeydiyyatındadır və preparatın qeydiyyatı qüvvədədir. Adıçəkilən preparat müxtəlif vaxtlarda idxalçı şirkətlər tərəfindən Azərbaycana gətirilib. Dərman vasitəsinin sonuncu idxalı 2025-ci ilin dekabrında həyata keçirilib. Həmin partiyanın yararlılıq müddəti 30 noyabr 2028-ci ilədəkdir.

Mərkəzin məlumatına görə, sonuncu idxaldan sonra yeni partiyanın ölkəyə gətirilməsi ilə bağlı idxalçı şirkətlər tərəfindən hər hansı müraciət daxil olmayıb. Qurum həmçinin preparatın idxalı və satışı ilə bağlı hər hansı məhdudiyyət tətbiq edilmədiyini bildirib.

Xatırladaq ki, ampula və tablet formasında kalsium qlükonat orqanizmə kalsium təmin etmək məqsədilə istifadə olunan preparatlardan biridir. Əsasən kalsium çatışmazlığının qarşısının alınması və müalicəsində, eləcə də kalsiuma ehtiyacın artdığı bəzi hallarda istifadə olunur. Tablet formasının satış qiyməti 20 qəpik təşkil edir və preparat 10 ədədlik listlərdə satılır.

Skat.az - Ev və Avtomobil elanları