Uşaqlara qarşı Ağdamda baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Daha əvvəl məlumat verdiyimiz kimi, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar.
Yurd.Media "Qafqazinfo"ya istinadla xəbər verir ki, ana, Sevinc Telman qızı Rəhimova üçüncü övladına hamilədir.
Azyaşlıların atası Sadiq Rəhimov isə daha çox "TikTok"da etdiyi paylaşımlarla diqqət çəkir. Belə ki, onun sosial şəbəkədə paylaşdığı qəribə paylaşımlar izləyicilər tərəfindən də birmənalı qarşılanmır.
Əldə etdiyimiz digər məlumata görə, hazırda uşaqların sənədləri hazırlanır və azyaşlılar müalicə və müayinələri bitdikdən sonra körpələr evinə yerləşdiriləcəklər.
Əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.
Bu gün ailənin yaşadığı evə gedilib. Lakin qapı bağlı olub və nə evdə, nə də ətrafda adam olub.