SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Ağcabədidə saxta mozarella pendiri belə hazırlanırdı - FOTO

Ağcabədidə saxta mozarella pendiri belə hazırlanırdı - FOTO

  • 03 sentyabr 2026, 21:21
Ağcabədi

Ağcabədinin kəndində saxta mozarella pendiri hazırlanan sex aşkarlandı.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən pendir istehsalı müəssisəsində yoxlama keçirilib.

Qeyd edilib ki, baxış zamanı istehsal müəssisəsinin icazəsi olmadan qanunsuz fəaliyyət göstərdiyi, etiketləmə, sanitar-gigiyenik tələblər və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahikara icrası məcburi göstərişlər verilib.

Skat.az - Ev və Avtomobil elanları