SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Yabanı halda bitmiş tonlarla çətənə kolu məhv edildi

Yabanı halda bitmiş tonlarla çətənə kolu məhv edildi

  • 09 iyun 2025, 16:13

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54 min ədəd çətənə kolu isə məhv edilib.

Prime Leasing