SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycan BOKT-ları istehlak kreditlərini banklardan 2 dəfə baha verir

Azərbaycan BOKT-ları istehlak kreditlərini banklardan 2 dəfə baha verir

  • 13 avqust 2025, 14:27

Bu il iyulun 1-nə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) verdikləri istehlak kreditlərinin orta illik faiz dərəcəsi 35% olub. 

Azərbaycan Mərkəzi Bankından Yurd.Media-ya bildirilib ki, bu, banklarla müqayisədə təxminən 2 dəfə çoxdur.

Belə ki, iyunun sonuna banklarda istehlak kreditlərinin illik faizləri növündən asılı olaraq 12-26% arasında dəyişib. 

Kəskin fərq BOKT-ların bankların kredit vermədiyi müştərilərlə işləməsi, bununla da, daha çox risk etməsi ilə bağlı ola bilər. Təcrübə göstərir ki, Azərbaycanın regionlarında banklar əsasən iri şəhərlərdə və rayon mərkəzlərində kredit verməyə maraq göstərirlər. BOKT-lar isə daha çox ucqar kənd və qəsəbələrdən müştəri cəlb etməyə çalışırlar. Adətən belə müştərilərin rəsmi gəlirləri ya olmur, ya da az olur. 

Prime Leasing