SÜJET
Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə sıxlığın aradan qaldırılması müzakirə olunub.
Yurd.Media xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi məsələsi müzakirə edilib.
Birinci məsələ üzrə müzakirələrdə AAYDA-nın aparıcı mühəndisi Mehman Həsənov deyib ki, layihənin əsas məqsədi yol infrastrukturunu təkmilləşdirməklə nəqliyyat axınında mövcud sıxlığın qarşısını almaq, hərəkət təhlükəsizliyini artırmaq və eyni zamanda ətraf mühitin qorunmasına töhfə verməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədri Amin Məmmədov qeyd edib ki, sözügedən ərazidə xeyli sayda ağac var: "Layihə ilə bağlı aidiyyəti ekspertlər müzakirələr aparır".