SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Parlamentdə passiv, biznesdə aktiv: Deputatın Slovakiyadakı şirkəti üzə çıxdı

Parlamentdə passiv, biznesdə aktiv: Deputatın Slovakiyadakı şirkəti üzə çıxdı

  • 16 noyabr 2025, 11:17

Son günlər ölkə mediasında Milli Məclisin ən passiv deputatlarından biri kimi tanınan Mircəlil Qasımlının indiyədək parlamentin plenar iclaslarında bir dəfə də olsun çıxış etmədiyi bildirilir

Yurd.Media xəbər verir ki, bu xəbərlər fonunda jurnalist Cavanşir Həsənli deputatın Slovakiyada daşınmaz əmlak sahəsində aktiv biznesi olduğunu üzə çıxarıb.

Onun sözlərinə görə, Mircəlil Qasımlı 2006-cı ildən Bratislavada qeydiyyatda olan "SATEX ING International s.r.o." şirkətinin sahibidir. 2024-cü il maliyyə hesabatına əsasən şirkətin nizamnamə kapitalı 116,8 min avro təşkil edir.

Şirkətin əsas fəaliyyəti daşınmaz əmlak biznesi ilə bağlıdır. SATEX ING International s.r.o. Slovakiyanın qərbində yerləşən məşhur kurort şəhəri Peştyanidəki dörd ulduzlu “Otel Park Avenyu”nun sahibidir.

C.Həsənli qeyd edir ki, Mircəlil Qasımlı nüfuzlu ailəyə mənsubdur – o, Slovakiyadakı Azərbaycan səfiri Elçin Qasımovun əmisi oğlu, diplomat Cəlal Qasımovun isə qardaşı oğludur.

Prime Leasing
SPE Annual Caspian