Bakıda fəaliyyət göstərən 170 nömrəli marşrut xətti ilə bağlı sərnişinlərin narazılığı qeydə alınıb.
Yurd.Media xəbər verir ki, sakinlər avtobusların hər gün gecikdiyini, bunun nəticəsində dayanacaqlarda uzun müddət gözləməli olduqlarını bildirirlər.
Şikayətçilər "Xəzər Xəbər"ə deyirlər ki, gecikmələr yalnız səhər və axşam pik saatlarında deyil, günorta vaxtlarında da müşahidə olunur.
Lakin marşrut xəttində çalışan sürücülər iddiaları təkzib edərək bildirirlər ki, ləngimələr əsasən tıxac səbəbindən yaranır.