SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Kapitalını ikiqat azaldan Sumqayıt Tekstildə yeni təyinat

Kapitalını ikiqat azaldan "Sumqayıt Tekstil"də yeni təyinat

  • 24 oktyabr 2026, 21:17

Azərbaycanda hərbi və mülki geyim, xüsusi təyinatlı uniformalar istehsalı ilə məşğul olan "Q-STP" MMC-nin tərkibinə daxil olan şirkətdə yeni kadr təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nail Məmmədov Sumqayıt Tekstil MMC-də SƏTƏM Meneceri vəzifəsinə təyin olunub.

O, ötən ilin martından şirkətin komandasına qoşulub və bu təyinatdan əvvəl SƏTƏM mühəndisi vəzifəsində çalışıb.

N.Məmmədov 2013-2019-cu illərdə bp-də, 2020-2025-ci illərdə isə isə Azərxalça-da işləyib.

Qeyd edək ki, Sumqayıt Tekstil MMC "Q-STP" MMC-nin tərkibində fəaliyyət göstərir. "Sumqayıt Tekstil" MMC nizamnamə kapitalını 2 dəfə azaltdığını elan edib.

Xatırladaq ki, “Q-STP” MMC tekstil sənayesində fəaliyyət göstərən və güc strukturları, dövlət qurumları, sənaye müəssisələri, eləcə də korporativ müştərilər üçün yüksək keyfiyyətli xüsusi təyinatlı geyimlər, iş geyimləri, fərdi mühafizə vasitələri və digər tekstil məhsullarının istehsalı və təchizatı sahəsində ixtisaslaşmış şirkətdir.

Nail MəmmədovNail Məmmədov

Skat.az - Ev və Avtomobil elanları