SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank

Azərxalça

"Azərxalça" — Səhmləri Azərbaycan dövlətinə məxsus olan Açıq Səhmdar Cəmiyyət.[1] İdarə Heyətinin sədri 2021-ci ildən Emin Səlhab oğlu Məmmədovdur.

Tarixi
"Azərxalça"nın tarixi XX əsrin birinci yarısından başlayır.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamına əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilmiş, əvəzində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.[1]

Fəaliyyəti
Cəmiyyət Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.[1]

Rəhbərlik
Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

2021-ci il yanvarın 9-da “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov həbs edilib. 1 gün sonra o, vəzifəsindən azad edilib.