SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
İrşad qüsurlu kameranı qaytarmır, müştəri günlərdir get-gəldə - ŞİKAYƏT

"İrşad" qüsurlu kameranı qaytarmır, müştəri günlərdir get-gəldə - ŞİKAYƏT

  • 16 noyabr 2025, 12:51

"İrşad" mağazasından alınan qüsurlu kamera geri qaytarılmadı, müştəri günlərdir get-gələ düşüb.

Yurd.Media-ya xəbər verir ki, Əmrah Qasımov adlı müştəri Əhmədlidə Sarayevo küçəsində yerləşən “İrşad” mağazasından Xiaomi C400 Smet kamera alıb. Müştəri bildirir ki, kameranı quraşdırdıqdan sonra texniki problem yaranıb və məhsul düzgün işləməyib.

Vətəndaş əvvəlcə problemi “İrşad”ın WhatsApp dəstək nömrəsinə yazaraq bildirib, ertəsi gün isə şəxsən mağazaya yaxınlaşaraq cihazın dəyişdirilməsini və ya qaytarılmasını istəyib. Satıcı ilkin olaraq dəyişdirməyin mümkün olduğunu desə də, bir neçə dəfə fikrini dəyişərək məhsulun qalmadığını, digər filialdan götürmək lazım olduğunu, daha sonra isə üst model təklif edərək qiymət fərqini tələb etdikdən sonra belə bunun da mümkün olmadığını bildirib.

Müştəri filial müdiri məzuniyyətdə olduğu üçün qərar verə bilmədiklərini, buna görə də servisə yönləndirildiyini deyir:  

“Məni 40 dəqiqə mağazada gözlətdilər, amma heç bir nəticə vermədilər. Sonra dedilər ki, Xətai filialındakı servisdə təhvil verin. Axı satış zamanı deyirlər ki, 14 gün ərzində dəyişdirmək və ya qaytarmaq olar. Bu açıq-aşkar istehlakçı hüquqlarının pozulmasıdır”.

Prime Leasing
SPE Annual Caspian