SÜJET
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması qaydasında dəyişiklik edilib.
Yurd.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 5 faizindən artıq olmamalıdır.
Əvvəlki qaydaya görə, bu rəqəm 50 faiz müəyyən olunub.