SÜJET
Paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı və ciddi şəkildə pozan motosiklet sürücüsü saxlanılıb.
Bakı Şəhər DYP-dən Yurd.Media-ya verilən məlumata əsasən, hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Seymur Cəfərov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə S.Cəfərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Həmçinin o, 20 gün inzibati qaydada həbs edilib.