"Xalq Bank" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bank ötən il 61,1 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 7,1% azdır.
Bu ilin əvvəlinə "Xalq Bank"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 3,8% çox - 3 184,5 milyon manat, o cümlədən xalis kredit portfeli 2,4% az - 1 802,5 milyon manat təşkil edib. Bankın öhdəlikləri 2 642 milyon manat (3,3% çox), o cümlədən depozit portfeli 1 921,3 milyon manat (0,8% çox), balans kapitalı isə 542,6 milyon manat (6,2% çox), o cümlədən nizamnamə kapitalı 446,6 milyon manat (7,5% çox) olub.